Taxıl müqaviləsi iyulun 17-dək uzadılıb - Rusiya XİN

Taxıl müqaviləsi iyulun 17-dək uzadılıb - Rusiya XİN
 

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, taxıl müqaviləsi heç bir dəyişiklik edilmədən iyulun 17-dək uzadılıb.

"Paralel.az" xəbər verir ki, nazirlik qeyd edib ki, sazişlərin icrası ilə bağlı prinsipial qiymətləndirmələr dəyişməz olaraq qalır:

"Rusiya-BMT memorandumu üzrə heç bir irəliləyiş yoxdur, taxılın böyük hissəsi “tam” Avropa bazarlarına gedir, Rusiya kənd təsərrüfatı məhsullarının tədarükü əngəllənib. Ammonyak tədarükünün bərpası ilə bağlı heç bir irəliləyiş yoxdur, Rosselxozbank-ın Swift-ə yenidən qoşulmasında heç bir irəliləyiş yoxdur. Bu tələblər yerinə yetirilmədən Qara dəniz təşəbbüsünün hər hansı genişləndirilməsindən söhbət gedə bilməz və sazişin özü iyulun 17-dən sonra xitam veriləcək, - XİN bildirib.

Ş.Salehqızı

0.020920038223267