Sahibkarlarla növbəti görüş Qax rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Qax rayonunda keçiriləcək
 

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Qax rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Parkında baş tutacaq. “Səyyar qəbul otağı” mayın 23-də saat 15:00-dan 16:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

0.091552972793579