Ukrayna Baxmutda bəzi əraziləri işğalçılardan təmizlədiyini açıqladı

Ukrayna Baxmutda bəzi əraziləri işğalçılardan təmizlədiyini açıqladı
 

Ukraynanın 3-cü həmlə briqadası Baxmut ətrafında bəzi əraziləri işğalçı qüvvələrdən təmizlədiyini açıqlayıb.

Paralel.az ” xəbər verir ki, bu barədə briqadanın mətbuat xidməti məlumat yayıb.

“1 730 m uzununa, 700 m isə içəriyə ərazi düşməndən təmizlənib. Ukraynalı döyüşçülərin əvvəllər tutduqları mövqeləri geri qaytarmağa çalışarkən Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının bölmələri darmadağın edilib”, - məlumatda qeyd olunub.

Bildirilib ki, mayın 20-dəki döyüşlərdə Rusiyanın 23 hərbçisi öldürülüb, 40 nəfər isə yaralanıb. Həmçinin qarşı tərəfin texnikası, o cümlədən tankları məhv edilib.

“Düşmən hücumlarını uğurla dəf edərək inamla irəliləyirik”, - məlumatın yekununda vurğulanıb.

Xatırladaq ki, ötən gün “Vaqner” özəl hərbi şirkəti, daha sonra Rusiya Müdafiə Nazirliyi Baxmut şəhərinin ələ keçirildiyini açıqlasalar da, rəsmi Kiyev bu məlumatı təkzib edib.

0.017384052276611