Tacikistanda qaz balonu partlayıb: 28 nəfər xəsarət alıb

Tacikistanda qaz balonu partlayıb: 28 nəfər xəsarət alıb
 

Tacikistanın cənubundakı Pyanc rayonunda bazarda iaşə obyektində qaz balonunun partlaması nəticəsində 30-a yaxın adam xəsarət alıb.

Paralel.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xəstəxanaya yerləşdirilən 28 nəfərdən səkkizinin vəziyyətinin ağır olduğu bildirilir. Səhiyyə Nazirliyinin bir qrup mütəxəssisi Pyanca ezam olunub.

Tacikistan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış balon maye qazla doldurularkən təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.

0.016463041305542