"iPhone"da 40-a yaxın boşluq aşkarlandı

"iPhone"da 40-a yaxın boşluq aşkarlandı
 

"iPhone" üçün əməliyyat sistemində 40-a yaxın boşluq aşkar edilib.

Paralel.az xəbər verir ki, onlar uzun müddət aktual olub və yalnız "iOS 16.5" yeniləməsi ilə aradan qaldırılıb.

Məqalədə ən azı 3 boşluqdan hakerlər tərəfindən aktiv istifadə edildiyinə inanan "Apple" proqramçılarının rəyi yer alıb.

"Apple" nümayəndələrinin sözlərinə görə, yeniləmə quraşdırma üçün şiddətlə tövsiyə olunur:

"Siz smartfon və planşetlərin parametrlərində yeniləmə tələb edə bilərsiniz. "iOS" və "iPadOS" yeniləməsi "iPhone 8" və daha yeni smartfonlar, "iPad" 5-ci nəsil, "iPad mini 5"ci nəsil "iPad Air 3"cü nəsil və daha yeni planşetlər, "iPad Pro"nun bütün versiyaları üçün əlçatandır".

0.017189979553223