Arayik Arutyunyan şəhid qohumları ilə görüşüb
Paralel.az bildirir ki, "Sputnik Armeniya"nın verdiyi xəbərə görə, qondarma Artsaxın rəhbəri Arayik Arutyunyan 44 günlük müharibə zamanı həlak olmuş hərbçilərin bir qrup qohumları ilə görüşüb.
İclas iştirakçılarının suallarını cavablandıran Arutyunyan daxili və xarici siyasətlə bağlı bir sıra məsələlərə toxunub.
Arutyunyan hazırkı böhranlı vəziyyətdə daxili sabitliyin və qarşılıqlı tolerantlığın zəruriliyini vurğulayıb, bu məsələdə iştirak edənlərin rolunun vacibliyini qeyd edib.
Şahnaz