Baş nazir: “İtaliyanın Ukrayna verməyə “F-16” qırıcıları yoxdur”

Baş nazir: “İtaliyanın Ukrayna verməyə “F-16” qırıcıları yoxdur”
 

“İtaliyanın Ukrayna üçün “F-16” qırıcı təyyarələri yoxdur, lakin bu ölkə ukraynalı pilotlara təlim keçməyi nəzərdən keçirəcək”.

Paralel.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corca Meloni bəyan edib.

“Bizim F-16-larımız yoxdur, ona görə də bu layihədə iştirak edə bilmərik. Amma söhbət ukraynalı pilotların mümkün hazırlığından gedir. Biz hələ bu qərarı verməmişik və müttəfiqlərlə müzakirə edirik”-deyə, o bildirib.

Qeyd edək ki, İtaliyanın Baş naziri Corc Meloni ölkəsindəki daşqınlar səbəbilə “G7” liderlərinin sammitindən İtaliyaya erkən qayıdıb.

0.019351005554199