Mançester Siti” İngiltərə çempionu olub

“Mançester Siti” İngiltərə çempionu olub
 

“Mançester Siti” İngiltərə Premyer Liqasının çempionu titulunu qazanıb.

Paralel.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 37-ci turunun matçında Londonun “Arsenal”ı “Nottingem Forest”ə uduzduqdan sonra klub liqa çempionluğunu təmin edib.

Mövsümün sonuna bir tur qalmış Mişel Artetanın başçılıq etdiyi komandanın hesabında 81 xalı var, Mançester klubunun isə 85 xalı və daha iki oyunu mövcuddur.

Bu liqa çempionluğu ispaniyalı baş məşqçi Xosep Qvardiola üçün “Mançester Siti”nin baş məşqçisi kimi ardıcıl üçüncü olub. Ümumilikdə, Qvardiola klunub düşərgəsində işlədiyi müddətdə beş liqa titulunu qazanıb.

0.014122009277344