FIFA 2026-nın loqosu təqdim olundu

FIFA 2026-nın loqosu təqdim olundu
 

FIFA 2026 Dünya Çempionatının loqosu rəsmi olaraq təqdim edilib.

"Paralel.az" xəbər verir ki, turnir ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək. 

Kubokun devizi "WE ARE 26”-dır.  Loqoda üst-üstə 2 və 6 rəqəmləri olan Dünya Çempionatının şəkli və FIFA-nın adı var. 

ABŞ-da 11, Kanadada 2 və Meksikada 3 şəhər olmaqla 16 şəhərin ev sahibliyi edəcəyi kubokda loqonun şəhər versiyaları da təqdim edilib.

Tarixdə ilk dəfə 48 komanda ilə oynanılacaq Dünya Çempionatı təşkilatı kimi tarixə düşəcək FIFA 2026-da Dünya Çempionatının finalının hansı şəhərdə oynanacağı hələ müəyyənləşməyib. 

0.020939111709595