"Yunanıstanla Türkiyə arasında münasibətlər yumşalsa da, realist olmaq lazımdır” - Nikos Dendias

 

"Son vaxtlar Yunanıstan ilə Türkiyə arasında münasibətlərdə yumşalma müşahidə olunsa da, realist olmaq lazımdır”.

"Paralel.az"  xəbər verir ki, bu sözləri  Yunanıstanın xarici işlər naziri Nikos Dendias “Naftemporiki” qəzetinə müsahibəsi zamanı bildirib.
 O qeyd edib ki, Türkiyənin revizionist xəttindən uzaqlaşaraq Afina ilə dialoqa girəcəyinə ümid edirəm.

"Problemlərin beynəlxalq hüquqa uyğun həllinə tərəfdarıq. Yenə də Yunan-Türkiyə münasibətləri və Kiprlə bağlı illüziyalara qapılacaq qədər sadəlövh olmamalıyıq. Türkiyədə keçiriləcək seçkilər nəticəsində qurulacaq istənilən hökumətlə əməkdaşlığa və yeni gərginliklərə hazırıq”,- deyə o, əlavə edib.

Qeyd edək ki, Ege adaları başda olmaqla bir çox mövzuda gərginlik yaşayan Türkiyə və Yunanıstan arasında 6 fevral zəlzələlərindən sonra gərginlik azalıb.

Ş.Salehqızı

0.038576126098633