Şenqavit məhkəməsində etiraz aksiyası keçirən vətəndaşlarla polislər arasında toqquşma olub

Şenqavit məhkəməsində etiraz aksiyası keçirən vətəndaşlarla polislər arasında toqquşma olub
 
Ermənistan paytaxtının Şenqavit məhkəməsində etiraz aksiyası keçirən vətəndaşlarla polislər arasında toqquşma olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müharibədə öldürülmüş əsgərlərdən birinin qohumunu saxlamağa cəhd ediblər. Nəticədə polislərə müqavimət göstərən kişi yerə yıxılıb. Polis hadisəyə reaksiya verən kütləyə bəyan edib ki, həmin kişidə bıçaq olub.
Qeyd edək ki, bu gün İkinci Qarabağ müharibəsində öldürülmüş erməni əsgərlərin yaxınları məhkəmə binasının ətrafına toplaşıblar.

Məhkəmədə isə ölən hərbçi Jora Martirosyanın anası Qayane Akopyanın vəkillərinin şikayətinə baxılıb. O, mayın 17-də Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Qadın günahını etiraf etmir və buna etiraz olaraq aclıq aksiyasına başlayıb.

0.013648986816406