ABŞ digər ölkələrin Kiyevə F-16-ların verməsinə etiraz etmir 

ABŞ digər ölkələrin Kiyevə F-16-ların verməsinə etiraz etmir 
 

Paralel.az ” "CNN" -nin Ağ Evdəki mənbələrə yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden və onun administrasiyasının üzvləri reeksport çərçivəsində Ukraynanın maraqlarına uyğun olaraq NATO müttəfiqlərinə F-16 qırıcılarının təhvil verilməsinə icazə vermək niyyətindədir. 

Məlumatda qeyd olunur ki, Bayden administrasiyasına Qərb müttəfiqlərindən F-16 qırıcılarının reeksportu ilə bağlı müraciət olunmayıb. Ağ Ev F-16 qırıcılarının Ukraynaya mümkün tədarükü ilə bağlı yeni təfərrüatları açıqlamaqdan imtina edib. ABŞ Müdafiə Nazirliyi digər ölkələrin Kiyevə F-16-ların verməsinə isə etiraz etmir. 
 
Ş.Salehqızı

0.028137922286987