Belarusi Ukrayna ilə sərhəddi möhkəmləndirir

Belarusi Ukrayna ilə sərhəddi möhkəmləndirir
 

Belarusi Ukrayna ilə sərhəddi möhkəmləndirir

"Paralel.az" xəbər verir ki, “Belarus Gayun” monitorinq qrupu Qomel vilayətində müdafiə strukturlarının tikildiyini müəyyən edib. Belə ki, Kalinino kəndinin çıxışında tikinti texnikası görünüb və onun yanında artıq tank əleyhinə istehkam xətti - "əjdaha dişləri" quraşdırılıb. Onların quraşdırıldığı yerdən Ukrayna ilə sərhədə qədər olan məsafə təxminən 20 kilometrdir.

Belarus ərazisində "əjdaha dişləri"nin quraşdırılmasının səbəbi nə olduğu bilinmir. "Belarus Gayun" xatırladır ki Qomeldə ərazi müdafiə təlimləri keçirilir. Ola bilsin ki, istehkamların tikintisi onlarla bağlıdır.

"Əjdaha dişləri" - zirehli texnikanın irəliləməsinə mane olan dəmir-beton istehkamlar Rusiya və Ukrayna sərhədində istehkam xətlərində istifadə olunur. Məsələn, belə bir tikintisi noyabr ayında Belqorod vilayətinin başçısı Vyaçeslav Qladkov tərəfindən elan edilmişdir. Eyni beton bloklardan Vaqner PMC döyüşçüləri Luqansk vilayətinin Rusiya Federasiyası tərəfindən işğal edilən hissəsində müdafiə xətti qurdular. Bu, "Priqojinin xətti" adlanırdı.

Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, oxşar strukturlar rus qoşunları tərəfindən ələ keçirilən Mariupol yaxınlığında da tikilib.
Dəniz

0.070636987686157