Bu ilin 4 ayında əlilliyi olan 20,1 min şəxsə
reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-aprel
aylarında əlilliyi olan 20,1 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Onların mühüm bir hissəsini müharibə ilə əlaqədar əlilliyi olan şəxslər təşkil edib.
Müasir reabilitasiya şəraitinin yaradıldığı mərkəzlərdə əlilliyi olan şəxslər səmərəli
fizioterapevtik müalicə prosedurlarına cəlb edilib, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji
xidmətlərlə də təmin olunublar.
Bu dövr ərzində əlilliyi olan 4499 şəxs 26219 reabilitasiya vasitəsi ilə təmin edilib.
Səfurə,
"Paralel.az"