Dünyanın ən uzun burunlu adamı ölüb

Dünyanın ən uzun burunlu adamı ölüb
 

Dünyanın ən uzun burunlu insanı ölüb.

"Paralel.az" xəbər verir ki, Türkiyənin Rize şəhərində yaşayan 74 yaşlı Mehmet Özyürek ötən gün dünyasını dəyişib.

Məlumata görə, beyin damar nəqli əməliyyatından əvvəl Rize Dövlət Xəstəxanasına aparılaraq müalicə edilən Özyürekin vəziyyəti dünən səhər saatlarında pisləşib və o, infarkt keçirib.

Qeyd edək ki, M.Özyürek 1998 və 2000-ci illərdə Rizedə yayımlanan yerli televiziya kanallarından birinin təşkil etdiyi Beynəlxalq Uzun Burun Çempionatında qalib gəlib. O, həmçininin 2011-ci ildə 8,8 santimetrlik burnu ilə Ginnesin Rekordlar Kitabına düşüb.

0.011708974838257