Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin adı dəyişdirilib

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin adı dəyişdirilib
 

“Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsin adı dəyişdirilib.

"Paralel.az" xəbər verir ki, mərkəzin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi olub.

Bununla yanaşı, mərkəzə yeni müavin də təyin edilib. Belə ki, Ülkər Bayramova Perinatal Mərkəzin İnzibati məsələlər üzrə müavini təyin olunub.

Qeyd edək ki, Ülkər Bayramova iki dəfə - 2006 və 2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsində çalışıb.

0.013745069503784