Hollivud ulduzu Ancelina Coli yeni biznesə başlayıb

Hollivud ulduzu Ancelina Coli yeni biznesə başlayıb
 

Hollivud ulduzu Ancelina Coli yeni biznesə başlayıb.

Aktrisa "Atelier Jolie" adlı şəxsi moda evini açıb. O, bu barədə sosial media hesabında yazıb. Ancelinanın sözlərinə görə, moda evinin müştəriləri paltarların dizaynını özləri təqdim edəcəklər:

"Özünüz yarada bildiyiniz halda niyə sadəcə başqasının dizayn etdiklərini alırsınız? Hamımız başqalarının dizaynlarını toplaya, qiymətləndirə və onlardan ilham ala bilərik. Amma özünü ifadə etməyin ən yüksək forması özün üçün yaratmaqdır."

Bundan başqa, moda evində geyimi təmir etmək və ya yeni dizayn vermək də mümkün olacaq.

O, son olaraq 1 ildir bu layihə üzərində çalışdığını vurğulayıb.

Səfurə

0.024959087371826