Nuranın paylaşımı sosial mediada müzakirələrə səbəb olub

Nuranın paylaşımı sosial mediada müzakirələrə səbəb olub
 

Müğənni Nura Suri Türkiyə Prezidentliyinə namizəd Sinan Oğana evlənmə təklifi edib. Nuranın paylaşımı sosial mediada müzakirələrə səbəb olub. 

O, istəyini sosial mediadan dilə gətirib. O, “Sinan çox yaraşıqlıdır. Evlən mənimlə” deyə, paylaşım edib.

Sinan Oğan azərbaycan əsilli Türkiyə siyasətçisi, strateji tədqiqatçı və keçmiş MHP-li deputatdır. Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsində çalışır. Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqının vahid namizədidir. Sinan Oğan evlidir, iki övladı var. Onun həyat yoldaşı Gökçen Oğan ali təhsillidir. Gökçe Oğan universitet təhsilindən sonra magistratura təhsilini tamamlayıb. Magistr dərəcəsini “Şanxay əməkdaşlıq təşkilatı və regional əməkdaşlıq təşəbbüsləri” adlı dissertasiya işi ilə başa vurub. O ardınca Avrasiya Strateji Araşdırmalar Mərkəzində işə başlayıb.

Avrasiya Strateji Araşdırmalar Mərkəzində Mərkəzi Asiya üzrə ekspert vəzifəsində çalışıb. O, bir çox tədqiqat mərkəzlərinin Avrasiya məsləhətçisi olub.

0.016144990921021