Ombudsman Aparatının şəri qoruması

Ombudsman Aparatının şəri qoruması
 
Polis dələduzluq və oğurluq cinayətini niyə ört-basdır edir?

Bəri başdan onu vurğulayaq ki, Nizami RPİ-nin rəsmi blankındakı kobud yanlışlıq hələ də düzəldilməyib. Hələ də şəhid Milli Qəhrəman , DİN Daxili Qoşunlarının igid komandiri Şirin Mirzəyevin adını daşıyan ünvan polisin blankında “ŞAHİN  Mirzəyev,71” kimi göstərilir. İdarənin rəisi Ziya Əliyevin 05.05.2023 tarixli “xüsusatların təsdiqini tapmadığı” haqqında bir cümləlik  məktubundan Azərbaycanın Milli Qəhrəmanının adına hörmətsizliyin formal da olsa, aradan qaldırılmadığı görünür.

“Təsdiqini tapmayan xüsusatların” nədən ibarət olduğu isə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının 11.05.2023 tarixli “insan hüquqlarını pozan” məktubundan bəlli edir. Görün, aparat rəhbəri polis şərləməsinin yeni metodunu hüquq müdafiəçiliyi kimi necə sırıyır :”25.02.2023-cü ildə bank kartının itməsi. . . , 100 manatın xərclənməsi barədə DİN-in 102 çağrı mərkəzinə daxil olmuş müraciətiniz Nizami RPİ-nin 24-cü PŞ-də qeydiyyata alındıqdan sonra əməliyyat qrupu hadisə yerinə getsə də, Siz ünvandan uzaqda olduğunuzu bildirib, yaxınlaşmamısınız, hadisə yerinin fotoşəkilləri çəkilib müvafiq sənədləşmə aparılmışdır”. Burda bir az yavaşlayaq və soruşaq,  görəsən, 102-yə “hadisə yerinin” ünvanı hara deyilib, hansı fotoşəkillər çəkilib ki, bu yekəlikdə əməliyyat qrupu zəng edən şəxsin ünvanda olmamasına Ombudsman Aparatının rəhbərini nağılla  inandıra biliblər? ! Bank kartından oğurluq edilməsi “hadisəsinin” şəklini hansı aparatla və necə çəkiblər? Belə 3-5 manatlıq ucuz  nağıllarla Ombudsman Aparatının başını qatmaq olar,  pulu oğurlanan, 3 aydır hər gün, hər 3-5 gündən bir 102-yə zəng edən zərərçəkən 1-ci dərəcəli Qarabağ əlilinin yox. “Hadisə” isə belə olub : 25.02.2023-cü ildə metronun “Xalqlar Dostluğu” stansiyası yönündəki  “Bravo”da yaddan çıxıb qalan  bank kartından bir – birinin yaxınlığında yerləşən “Bravo” , “Grandmart”, “Eviniz” və “SPAR” marketlərində  toplam 102 manat alış-veriş edilib . Bunu telefon nömrəsinə gələn sms-bildirişlər  sübut edir. 102-yə zəng edilsə də, 24-cü PŞ-nin 0556000064 nömrəsindən zəng edən polis beş dəfə  (!) açıq şəkildə bildirib ki, Qarabağ əlilinin şifarişini (?) icra etməyə borclu deyil. Bütün bunlar hamısı həm 102-də, həm də mobil operatorda qeydə alınıb. Ən çox -53.49 manat  oğurluq edilən “Grandmart”dan saat 22 radələrində alış-veriş qəbzi çıxardılıb, lakin kamera görüntülərinin verilməsindən imtina edilib ki, yalnız polisə verilə bilər. Belədə polisin əməliyyat qrupunun “hadisə yerinin fotoşəkillərini çəkməsi” barədə nağıllarının elə nağıl olması göz qabağındadır .

Yeni şərləmə nağılının yeni bölümünü oxuyaq :”Aparılan təhqiqat araşdırması zamanı dəfələrlə 24-cü PŞ-yə dəvət edilməyinizə baxmayaraq , ərizə və izahat verməkdən imtina etmisiniz , toplanmış material üzrə Azərbaycan Respublikası CPM -in 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. “ Oğurluq faktında cinayət tərkibinin olmaması haqqında cavab nağılından Ombudsman Aparatının rəhbəri görüb ki, aparılmış xidməti təhqiqat nəticəsində polis əməkdaşları tərəfindən qanunazidd hərəkətlərə yol verilməsi barədə göstərdiyiniz xüsusatlar təsdiqlənməmişdir”. Görəsən, nağılın “rüsum haqqı” Nizami RPİ-nin,  24-cü PŞ-nin görəvini yerinə yetirməkdən imtina edən rəis, əməliyyat,  təhqiqat heyətinə, sahə müvəkkilinə, 0556000064 nömrəsindən zəng edən polisə neçəyə başa gəlib? Belə ucuz nağılların “rüsum haqqı” , bir qayda olaraq,  aylıq “ombudsman haqqı”ndan artıq olur. Buna növbədənkənar haqq da deyilir.

Bəs polisə nəzarət etməli olan prokurorluq nə deyir? Pərviz İbayev rayon prokuroru kimi prokurorluğunu yenə də cinayəti ört-basdır etməklə sürdürür? 9 aydır Nizami polisinin 1-ci dərəcəli Qarabağ əlilinə 24-cü PŞ-də işgəncə verib, 9 qabırğasını sındırması, 2 sutka məhkəməsiz azadlıqdan məhrum etməsi faktında da Ombudsman , prokurorluq cinayət tərkibi “tapmayıb” və 39.1.1 maddəsinə əsasən qəbul edilən qərar da 9 aydır “tapılmır”.  6 il qabaq Qarabağ əlillərinin köşkünü dələduzluqla ələ keçirib başqasına icarəyə verməklə qazilərə 3 min  manat ziyan vuran Ərəstun adlı şəxsi sahə müvəkkili Elçin İslamovun “dost rüşvəti” ilə ölkədən qaçırmasında da cinayət tərkibi yoxdur? ! Bəyəm 39.1.1 maddəsi əsasında qəbul edilən qərarlar şifahi çıxarılır? Niyə qərarlar verilmir ki, CPM-in 212-ci maddəsinə əsasən prokurorluğa,  yuxarı prokurorluğa və məhkəməyə müraciət edilsin? Yoxsa, Qarabağ əlilinin göstərdiyi bu “xüsusat” da təsdiqini tapmayıb”? Nə qədər “xüsusatcıl” olasan ki, nağıllarla hüquq müdafiəçiliyi edəsən! ?

Məğrur Bədəlsoy

0.0209059715271