Qacar Zeyid kənd sakinlərinin istər mikrofon önündə, istərsə də mikrofondan kənar ünvanlanan müraciətləri
Quba rayonunun Qacar Zeyid kəndində təşkil edilən "Səyyar qəbul otağı"nda 20-dən çox sakin müraciətini ünvanlamaq şansından yararlanıb. Aksiyaya daha çox kəndin yeni salınmış ərazilərində mövcud olan 68 fərdi yaşayış evlərinin sakinləri qatılıb. Həmin sakinlərin müraciəti isə yaşadıqları ərazinin qazlaşdırılmasından ibarət olub. Müraciətlər dinlənildikdən sonra Xaçmaz RQİİ-nin rəisi Azər Abasov kəndin yeni salınmış ərazilərinin qazlaşdırılması ilə bağlı məsələnin Birlik rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib . Ünvanlanan bütün müraciətlər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydə alınıb.
"Paralel.az"