Çin balıqçı gəmisi Hind okeanında batdı: 39 nəfər...

Çin balıqçı gəmisi Hind okeanında batdı: 39 nəfər...
 

Hind okeanında Çinə məxsus “Lupenglaiyuanyu 8” adlı balıqçı gəmisi batıb.

Paralel.az “İHA”ya istinadla xəbər verir ki, 17 çinli, 17 indoneziyalı və 5 filippinli olmaqla 39 ekipajdan xəbər yoxdur.

Çin prezidenti Si Cinpin nazirliklərə axtarış və xilasetmə işlərində köməklik göstərməyi tapşırıb. 

Filippin Sahil Mühafizəsi isə bölgədəki vəziyyətin izlənildiyini, Çinin Maniladakı səfirliyi və axtarış-xilasetmə qrupları ilə koordinasiyalı olduğunu bildirib. 

Ərazidə axtarış tədbirləri davam etdirilir.

Günay

0.014642953872681