Putin: İran və Azərbaycanla razılaşmaya ümid edirik

Putin: İran və Azərbaycanla razılaşmaya ümid edirik
 

Rusiya Federasiyası, İran və Azərbaycan arasında dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edirik.

Paralel.az ” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin videobağlantı vasitəsilə İran prezidenti İbrahim Rəisi ilə birlikdə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanması mərasimində iştirak edib.

“Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq şəraitində həyata keçirilir. Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik”, - deyə Putin bildirib.

Putin həmçinin qeyd edib ki, bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün lazımi hüquqi baza yaradacaq.

Mürtəza
Paralel.az

0.044028997421265