Göygölün Mollacəlilli kənd sakinləri “Açıq mikrofon”da müraciətlərini ünvanladı

Göygölün Mollacəlilli kənd sakinləri “Açıq mikrofon”da müraciətlərini ünvanladı
 

Göygöl rayonunun Mollacəlilli kəndində keçirilən “Açıq mikrofon” aksiyasında ümumilikdə 7 müraciət ünvanlanıb. Sakinlərin qaz təchizatında üzləşdiyi problem və təkliflərinə gəlincə bunlar qaz xəttinin yerinin dəyişdirilməsi, qaz xətti çəkilmiş fərdi yaşayış evinə mavi yanacaqdan istifadəyə icazənin verilməsi, o cümlədən fərdi yaşayış evinin qazlaşdırılması kimi məsələləri əhatə edib. Son qeyd edilən müraciətlə bağlı vətəndaşa məlumat verilib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Daha sonra görüşdə səsləndirilən bəzi müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

"Paralel.az"

0.041962146759033