CIA rusları işə götürmək üçün teleqram kanalı yaradıb
“Ola bilsin ki, ətrafınızdakı insanlar həqiqəti eşitmək istəmirlər. Biz istəyirik"
"Paralel.az" xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Telegram kanalı yaradıb və orada rusiyalıları agentliklə məlumat paylaşmağa çağıran video yayımlayıb. Videonu CIA-nın YouTube, Twitter, Instagram və Facebook hesablarında da əldə etmək olar.
“Bu video anonim Tor informasiya sistemi vasitəsilə MKİ ilə sakitcə əlaqə saxlamaq üçün çətin, lakin vacib qərar qəbul edən ruslar üçün nəzərdə tutulur. Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya haqqında həqiqəti bilmək istəyir və biz bu həqiqəti bilən və bizə deyə biləcək etibarlı insanları axtarırıq”, - videonun başlığında deyilir.
- Hərbi zabitsiniz? Kəşfiyyat, diplomatiya, elm, yüksək texnologiya sahəsində işləyirsiniz, yoxsa bu işlə məşğul olan insanlarla məşğul olursunuz? Rusiya Federasiyasının iqtisadiyyatı və ya ali rəhbərliyi haqqında məlumatınız varmı? Bizimlə əlaqə saxlayın. Ola bilsin ki, ətrafınızdakı insanlar həqiqəti eşitmək istəmirlər. Biz istəyirik".
Dəniz