Köhnə Amankəndin köhnədən qalan problemi “Açıq mikrofon”da
SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” bu dəfə Biləsuvar rayonunda təşkil olunub. Daha dəqiq desək, rayonun Köhnə Amankənd yaşayış massivində.
"Paralel.az" xəbər verir ki, aksiyaya qatılan sakinlər Amankəndin köhnədən qalan probleminin həllini, yəni yaşayış massivinin qazlaşdırılmasını istəyiblər. Mikrofon önündə bütün kəndin adından çıxış edən 5 sakinin tək istəyi SOCAR “Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydiyyata alınıb.