Kiyev kütləvi raket və dron hücumuna məruz qaldı

Kiyev kütləvi raket və dron hücumuna məruz qaldı
 

Kiyev kütləvi raket və dron hücumuna məruz qaldı

"Paralel.az" xəbər verir ki, Kiyev rəsmiləri şəhərə kütləvi gecə hücumu barədə məlumat veriblər. Ukrayna Silahlı Qüvvələri Ukraynada buraxılan bütün Rusiya pilotsuz təyyarələrini və raketlərini vurduqlarını açıqlayıb.

Mayın 16-na keçən gecə Kiyevdə hava həyəcanı elan edilib, hava hücumundan müdafiə sistemləri işə düşüb, - bu barədə şəhər hərbi administrasiyası bildirib.

Ukrayna paytaxtının bir sıra rayonlarında - Solomenski, Şevçenkovski, Darnitski və Obolonskidə partlayışlar olub və raket parçaları düşüb, - şəhərin meri Vitali Kliçko bildirib. İlkin məlumata görə, nəticədə Solomenski rayonunda 3 nəfər yaralanıb, binaya ziyan dəyib, bir neçə avtomobil yanıb.

Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko qurbanlar barədə məlumatları təsdiqləməyib. Onun sözlərinə görə, Rusiya ordusu Ukrayna paytaxtına pilotsuz təyyarələr və raketlərlə eyni vaxtda hücum edib. “Bu [hücum] öz sıxlığına görə müstəsna idi - ən qısa müddətdə hücum edən raketlərin maksimum sayı rekord həddə olub”, - deyə rəsmi Kiyevə hücum edən raketlərin və pilotsuz təyyarələrin əksəriyyətinin vurulduğunu qeyd edib.

öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, rus qoşunları müxtəlif tipli raketlərdən istifadə etməklə Ukraynaya kütləvi hücuma keçib.

Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin komandanlığı bildirib ki, mayın 16-na keçən gecə hava hücumundan müdafiə əməliyyatları nəticəsində Ukrayna ərazisinə buraxılan bütün Rusiya pilotsuz təyyarələri və raketləri vurulub. Bunların arasında altı Şahed-136/131 hücum pilotsuz uçan aparatı, Orlan-10 və SuperCum tipli üç kəşfiyyat təyyarəsi, həmçinin altı Kinjal raketi, doqquz Kalibr raketi və üç İskəndər və S-400 raketi var.

Rusiya tərəfinin nümayəndələri hücumla bağlı açıqlama verməyiblər.
A.Nəsirli, "Paralel.az" 

0.018754005432129