Avropa Birliyi Türkiyədəki seçkilər barədə: "Bu, yaxşı xəbərdir"

Avropa Birliyi Türkiyədəki seçkilər barədə:
 

Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Şarl Mişel tərəfindən təşkil edilən birgə mətbuat konfransında Türkiyə seçkiləri də gündəmdə olub.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki,  Ursula fon der Leyen Türkiyədəki seçkilərdə yüksək fəallığın əhəmiyyətinə diqqət çəkİB:

"Təbii ki, Türkiyə bizim üçün vacib tərəfdaşdır. Hesab edirəm ki, bu seçkilərdə kütləvi iştirak yaxşı xəbərdir. Çünki bu, türk xalqının gedib səs vermək kimi demokratik hüquqlarından istifadə etməkdə qərarlı olduğunun və demokratik təsisatlara dəyər verdiyinin bariz göstəricisidir. Bu, dünənki seçkilərdə böyük qələbədir. İndi də seçkilər açıqdır. Biz ikinci tura baxmalıyıq, bu məsələ ilə bağlı bəyanatları çox diqqətlə izləyirik və seçkinin ikinci turunun nə gətirəcəyini görməliyik”,-deyə o bildirib.

Avropa Şurasının sədri Şarlz Mişel də mətbuat konfransında Türkiyə seçkilərini yaxından izlədiklərini deyib:

“Düşünürəm ki, bu, həqiqətən də vacibdir.Nəticənin necə olacağını yaxından izləyəcəyik”,- deyə o əlavə edib.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirlib. Namizədlərdən heç biri 50%+1 səs baryerini aşa bilmədiyinə görə, seçkilər ikinci tura qalıb. Növbəti tur mayın 28-də baş tutacaq.

 

0.011360883712769