Bank sektorlarında mənfəət bölgüsü şoku -iqtisadçı
Məmməd Talıblı yazır:
Əvvəlki yazılarımdan birində 2022-ci ildə bank sektorunda 3 bankın bazar payının (bank kapitalının 65 faizi, depozitlərin cəmi 70 faizi və kredit portfelinin 48 faizi) olması ilə bağlı ciddi olaraq nigaran doğra biləcək status yazmışdım.
İndi isə həmin bankların bazar paylarına müvafiq olaraq mənfəətlərini təhlil edərək sizlərlə bölüşmək istədim.
Azərbaycanda fəaliyyət göstərən 25 bank 2023-cü ilin 1-ci rübü üçün maliyyə hesabatlarını açıqlayıb. İlk üçlükdə ən çox mənfəəti olan banklar bunlardır:
1. "Kapital Bank" - 83,5 milyon manat
2. "Beynəlxalq Bank" - 80,4 milyon manat
3. "Paşa Bank" - 42,2 milyon manat
“Paşa Holdinq” “Paşa Bank” və “Kapital Bank”ın səhmdarı olduğundan düşünmək olar ki, hər iki bankın birgə mənfəəti 125,7 milyon manat olub. Bu isə I rüb üzrə bankların ümumi mənfəətinin 44 % deməkdir. 285 milyon manat toplam mənfəətin 125 milyonu 2 banka məxsus olub.
Elə banklar olub ki, onların heç 1 milyon manat belə mənfəəti olmayıb. Hesablama apararkən gördüm ki, ölkəmizdə 4 belə bank var: “BTB Bank”, “Muğan Bank”, “Bank Melli İran” və “Günay Bank”.
Hətta elə banklar Banklar arasındakı ən aşağı mənfəət payı “Muğan Bank”a məxsus olub. “Muğan Bank”ın mənfəəti 102 min manat olub.
Ən böyük mənfəət payına malik bankla (“Kapital Bank”) ən az mənfəətə malik olan bank (“Muğam Bank”) arasında fərq 830 dəfədən böyükdür.
Bank sektorunun vəziyyətinin güzgü kimi görmək üçün bundan aydın monetar tablo çətin ki, tapılsın.
Kapital üzərində bankların ağalığının artması son nəticədə İnsanların məğlubiyyətini hazırlayır.