Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin davam etdirilməsinə razılaşıblar

Liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin davam etdirilməsinə razılaşıblar
 

"Paralel.az" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında qeyd edib.

Mişel qeyd edib ki, hər iki lider 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliyini, Ermənistanın 29 800 kvadrat kilometr ərazisinə və Azərbaycanın 86 600 kvadratkilometrlik ərazi bütövlüyünə hörmətlərini təsdiqləyiblər.

“Sərhədlərin yekun delimitasiyası danışıqlar yolu ilə müəyyən ediləcək”, - Mişel əlavə edib.

0.023102998733521