Aİ Rusiya ilə bağlı razılığa gələ bilmir

Aİ Rusiya ilə bağlı razılığa gələ bilmir
 

Avropa İttifaqı(Aİ) ölkələri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı hələlik razılığa gələ bilmirlər.

Paralel.az xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb.

Məlumata görə, Aİ ölkələrinin daimi nümayəndələri komitəsinin mayın 12-də keçirilən iclasında heç bir qərar qəbul olunmayıb, ona görə də müzakirələr gələn həftə davam etdiriləcək.

Bildirilib ki, Aİ xarici işlər nazirlərinin mayın 22-də Xarici İşlər Şurasının iclasında Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilər.

0.014034986495972