Azərbaycanda minimumdan aşağı maaş verənlər var - AÇIQLAMA

Azərbaycanda minimumdan aşağı maaş verənlər var - AÇIQLAMA
 

Azərbaycanda aparılmış islahatlar nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində dövlət büdcəsindən ayırmaların payı 20%-dən aşağı düşüb.

Paralel.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib.

"Əgər 2018-ci ildə bu rəqəm 35,6% idisə, 2022-ci ildə 19,7% olub", - deyə N. Vahabzadə qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılsa da, hələ ki, işçilərinin maaşını köhnə məbləğlə rəsmiləşdirənlərə rast gəlinir, bu isə məcburi dövlət sosial sığorta yığımlarını azaldır.

0.01632285118103