AFFA millini çalışdırması üçün Şenol Güneşə təklif göndərib

AFFA millini çalışdırması üçün Şenol Güneşə təklif göndərib
 

AFFA Azərbaycan milli komandasını çalışdırması üçün "Beşiktaş"ın baş məşqçisi Şenol Güneşə təklif göndərib.

Paralel.az xəbər verir ki, bu barədə 71 yaşlı mütəxəssisin özü açıqlama verib.

O, bildirib ki, həmin vaxt yığmanı çalışdırmaq istəyi olsa da, bunu həyata keçirə bilməyib:

"Qarşı tərəfdən yaxınlıq hiss etdim. Hər şey mühitdən asılıdır. Məşqçilik karyeramın son dönəmlərini yaşayıram. Hazırda "Beşiktaş"ın sükanı arxasındayam. Amma əvvəllər belə təklif olub. İşlədiyiniz yerə xeyir verirsinizsə, orada iz qoyarsınız və hər zaman adınız çəkilər. "Beşiktaş"da da buna görə xoşbəxtəm. Bu hissi daha əvvəl "Trabzonspor" və Cənubi Koreya yığmasında da yaşadım. Məni özlərindən biri sayırlar".

Təcrübəli mütəxəssis bundan sonra Azərbaycan millisinə rəhbərlik etməsinin qeyri-mümkün olduğunu söyləyib: "Mən olmasam belə, buraya fayda verə biləcək həmkarlarım gəlsə, sevinərəm. Amma iz qoymayacaqlarsa, gəlməsinlər".
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasına başçılıq edir.

0.022807836532593