SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

SOCAR
 

Növbəti həftə (15-16.05.2023 və 18-19.05.2023 tarixləri) daha 4 rayonda saat 11:00-dan 12:00-a dək "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü Masallı rayonunda (Heydər Əliyev Mərkəzi), 2-ci günü Biləsuvar rayonunda (Köhnə Amankənd yaşayış massivi), 4-cü günü Lerik rayonunda (Mədəniyyət Mərkəzi), 5-ci günü isə Yardımlı rayonunda (Heydər Əliyev Mərkəzi) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

"Paralel.az"

0.20931792259216