Bir sutkada 3 partlayış, evlərin şüşələri sındı - Meksikada

Bir sutkada 3 partlayış, evlərin şüşələri sındı - Meksikada
 

Meksikada Popokatepetl vulkanında şiddətli partlayışlar baş verib.

Paralel.az “Posta” qəzetinə istinadla xəbər verir ki, Meksika Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzinin (CENAPRED) hesabatına görə, son 24 saat ərzində vulkanda 3 partlayış, 127 qaz və kül püskürməsi baş verib.

Vulkanın püskürtdüyü kül yaşayış məntəqələrindəki evlərə çatıb.

Bundan əlavə, vulkanın yaxınlığında yerləşən Atliksko şəhərinin sakinləri bildirib ki, şiddətli partlayışlar nəticəsində evlərinin şüşələri sınıb.

Vulkan püskürmələrinin davam edəcəyini vurğulayan səlahiyyətlilər, kraterdən uzaq durmaq və sağlamlığa zərər verə biləcək kül yağışına qarşı tədbir görmək barədə xəbərdarlıq edib.

Qeyd edək ki, bir ildən artıqdır fəaliyyətini artıran Popokatepetl vulkanında ilin əvvəlindən bu yana 476 partlayış baş verib. 2022-ci ildə isə vulkanda cəmi 113 partlayış qeydə alınıb.

Günay

0.019322872161865