Kamal Qılıcdaroğlu Rusiyaya xəbərdarlıq etdi!

Kamal Qılıcdaroğlu Rusiyaya xəbərdarlıq etdi!
 

Kamal Qılıcdaroğlu Rusiyaya xəbərdarlıq etdi!

"Paralel.az" xəbər verir ki, Ərdoğanın əsas rəqibi olan Kamal Qılıcdaroğlu Rusiyanın Türkiyədən “əllərini çəkməyi” və qarşıdan gələn seçkilərə müdaxilə etməməyi tələb edib. Kreml cavab verdi ki, qarışmayıb.

Rusiya hakimiyyəti Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdə əsas rəqibi Kamal Qılıcdaroğlunun dediyi kimi, Türkiyədə keçirilən prezident seçkilərinə müdaxilə etdiklərini inkar edir. Bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü bildirib ki, Rusiya digər ölkələrin “daxili işlərinə və seçki proseslərinə qarışmır” və Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir. “İkitərəfli münasibətləri yüksək qiymətləndirən Rusiya öz tərəfdaşının daxili işlərinə qarışmayacaq”, - deyə o bildirib.

Peskov əlavə edib ki, Rusiya bu cür iddiaları “qəti şəkildə rədd edir”. “Biz rəsmi şəkildə bəyan edirik ki, heç bir müdaxilədən söhbət gedə bilməz", - deyə Peskov təkzib edib.

A.Nəsirli

0.016813993453979