Türkiyədə İzmir şəhərinin Menderes rayonunda silahlı insident olub - 5 ölü, 2 yaralı

Türkiyədə İzmir şəhərinin Menderes rayonunda silahlı insident olub - 5 ölü, 2 yaralı
 

Türkiyənin İzmir şəhərində Menderes rayonunda yerləşən kafedə silahlı insident olub.

"Paralel.az" “İHA”ya istinadla xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Xəbərə görə,  borc problemi olan şəxslər məsələni müzakirə etmək üçün bir araya gəliblər və aralarında başlayan mübahisə  münaqişəyə çevrilib. Onlar odlu silahla bir-birlərinə atəş açıblar. Hadisə yerinə polis və tibb işçiləri gəlib. 

Hadisənin səbəbi araşdırır.

Şahnaz

0.017349004745483