Almaniyada rusiyalı iş adamının yaxtasından sənət əşyaları müsadirə edilib

Almaniyada rusiyalı iş adamının yaxtasından sənət əşyaları müsadirə edilib
 
Almaniya kriminal polisi cümə axşamı sanksiyaları pozmaqda şübhəli bilinən rusiyalı iş adamının yaxtasından sənət kolleksiyasını müsadirə edib .
"Paralel.az" "Spigel"ə istinadən xəbər verir ki, sanksiyaya məruz qalan rusiyalı iş adamına qarşı tədbirlər zamanı “Federal Kriminal Polis İdarəsinin (BKA) əməkdaşları cümə axşamı “Luna” yaxtasında bahalı incəsənət kolleksiyasını müsadirə ediblər.
Müsadirə olunan əşyaların ümumi dəyəri bir neçə milyon avrodur. “Spiegel” yazır ki, söhbət rusiyalı iş adamı Fərhad Əhmədovun mülkündən gedir.
Məlumatda qeyd olunur ki, mayın 3-də BKA Almaniyanın şimalında Rusiya  vətəndaşının yaxtasında axtarış elan edib Onun sözlərinə görə, 67 yaşlı iş adamı 2022-ci ildən Avropa İttifaqının  sanksiyaları altındadır və Almaniya Federal Bankına və İqtisadiyyat və İxrac Nəzarəti Federal İdarəsinə (BAFA) Almaniyada saxlanılan “böyük” aktivlər barədə məlumat verməməkdə şübhəli bilinir. sanksiya siyahısında..
Ş.Salehqızı
0.014537811279297