İngiltərədə 15 yaşlı qız körpəsini boğaraq zibil qutusuna atıb 

İngiltərədə 15 yaşlı qız körpəsini boğaraq zibil qutusuna atıb 
 

Böyük Britaniyada yaşayan 19 yaşlı Paris Mayo 15 yaşında olarkən valideynləri evdə olan zaman uşaq dünyaya gətirib.

Paralel.az “Son Dakika” qəzetinə istinadla xəbər verir ki, daha sonra Mayo körpəni boğaraq zibil torbasına atıb.

Səhəri gün o, qardaşına mesaj yazaraq evdən çıxanda zibil torbasını atmasını istəyib.

Lakin anası səhər qapının qarşısında qoyulan zibil torbasına baxıb. Uşaqdan xəbərsiz olan ana onu görəndə qışqıraraq polisə müraciət edib. Hadisə yerinə gələn polis yeniyetməni saxlayıb.

Mayo ifadəsində hamilə olduğunu bilmədiyini, körpənin qəfildən doğulduğunu və öldüyünü desə də, müayinədə körpəni özünün boğaraq öldürdüyü üzə çıxıb.

O, 2019-cu ildə törətdiyi qətldə təqsirli bilinib və məhkəməyə çıxıb. Paris Mayo ilə bağlı cinayət işi davam edir.

0.012811899185181