İlon Mask “Twitter”dən istefa verir: yerinə gələn isə... 

İlon Mask “Twitter”dən istefa verir: yerinə gələn isə... 
 

İlon Mask gələn ay “Twitter”in CEO-su vəzifəsindən istefa verəcək.

Paralel.az xəbər verir ki, biznesmen bu barədə sözügedən sosial şəbəkədə paylaşım edib:

“Twitter" üçün yeni CEO işə götürdüyümü elan etməkdən məmnunam. O, təqribən 6 həftədən sonra işə başlayacaq!

Mənim rolum icraçı sədr və texniki direktor olmaq, məhsula, proqram təminatına və sistemlərə nəzarət etməkdən ibarət olacaq”.

O, ötən ilin aprelində 44 milyard dollara “Twitter”i alıb.

"Twitter"in yeni rəhbərinin adı açıqlanmasa da, "The Wall Street Journal"ın məlumatına görə, o, "NBCUniversal"ın reklam departamentinin rəhbəri Linda Lakkarino olacaq.

“The Verge” xəbər verir ki , Linda həmkarları ilə söhbətlərində, xüsusən də qarşıdan gələn olimpiyadanın işıqlandırılması çərçivəsində "NBC" ilə bu sosial şəbəkə arasında əməkdaşlıq elan edildikdən sonra dəfələrlə "Twitter" ilə qarşılıqlı əlaqədə olmaqda maraqlı olduğunu bildirib. Yakkarino bu yaxınlarda İlon Maskı Mayamidə təşkil etdiyi sənaye konfransında iştirak etmək və ondan müsahibə almağa dəvət etdi və onlar sosial şəbəkəni idarə etməyi asanlaşdıra biləcək eyni siyasi fikirləri bölüşürlər.

Qeyd edək ki, İ. Mask “SpaceX” şirkətinin təsisçisi, “Tesla”nın baş icraçı direktoru “Neuralink” və “OpenAI” şirkətlərinin həmtəsisçisidir.  Mask həm "Bloomberg milyarderlər siyahısı"na həm də "Forbes" jurnalının milyarderlər siyahısına görə dünyanın ən varlı adamıdır.

 

0.01340389251709