Sanmayın sevgidən xəbərim yoxdu... - Şaiq Mustafayev

Sanmayın sevgidən xəbərim yoxdu... - Şaiq Mustafayev
 

Yenə yükə düşdü fikir karvanım,
Eşqdən, məhəbbətdən yazım, yazmayım?
Axı, ilhamımdı mənim sarvanım,
Onsuz bu yollarda azım, azmayım?

Sanmayın sevgidən xəbərim yoxdu,
Mənim də bu yolda kədərim çoxdu,
Qaralmış bəxtimin hər yanı oxdu,
Qələmlə keçmişi qazım , qazmayım?

Odlu baxışlarda mən də azmışam,
O qədər gözələ şeir qoşmuşam,
İndi bilirəm ki, necə sazmışam,
Keçmişdən bir dastan yozum, yozmayım?

Gözəllər desə də mənə :- Ay əmi !
Yenə axtarıram könül həmdəmi...
Mənəmi qalıbdı dünyanın qəmi?
Özümə "yeni yol" cızım, cızmayım?

P.S Dostlar şikayətlənir...deyirlər, dərddən - qəmdən çox yazırsan....!

0.026956081390381