Gələcəyin illüziyası

Gələcəyin illüziyası
 

ya cavabsız sualların  labirinti ...

 Kəskin söyləsək, ailə institutunun olmadığı, ya da az olduğu (?) məmləkətimdəkiçik dövlətlərin savaşı, daha dəqiqi, qızğın mübarizəsi gedir. Bəli, müqayisə istənilən halda xoşagələn olmasa da bunu hələ ən yumşaq formada söylədim. Bəllidir, bu mübarizə savaşlar öncə müzkirələr formatında olmalıdır. Olmalıdır, olmalıydı. Amma olmadı. Yaxında, bir az uzaqda, lap çox uzaqlarda olanlarda da heç ideal, yaxud göründüyü kimi deyil. İndi Şekspirə istinadın da mübahisəli yanaşıldığı deyimdən başqasını sitat kimi gətirməkdən başqa əlac yox. Beləcə, dünyamız boyda birsəhnəninaktyorlarının oynadığı rollar çoxdandı öz ampluasından çıxıb. O rolun adı nədir, görəsən?

Özümüzü çətinə salmayaq, heç uzağa da getməyək. Yeknəsəkliyin günümüzə, saatımıza hopduğu bir dünyada həyati oyunçuların rəngarəng, rəngbərəng roluna tamaşa edin...

Bu dünya tamaşasında hərənin öz rolu olsa da, heç kim özünə tapşırılanı oynamır. “Qaydasız döyüşün səhnədən həyata tətbiqi daha kimsəni təəccübləndirmir. Təəccüblənmək, məəttəl qalmaq ifadəsinin zatən unudulduğu, daha dəqiqi, yada salınmadığı dünyamızda gözləntimiz ?!

Gözləntimiz çox idi, aza qane olduq. Elə təəccüb hissinin öldüyü ondan başladı. Azalanlar çoxluğudəfnetdikcə, mahiyyətini itirməyə başladı. Günümüz-saatımız matəm havalıdısa, onun mafəsini kimin gətirməsinin əhəmiyyəti, hesabı, sorğu-sualı?

Kimi dindirsən ümidsiz. Bugününün təsvirində sabahından nagüman olanların məmləkətində  gələcək adlı anlayışa ironiya, hətta kinayə ilə gülə bilənlər çoxdu.  Gələcək? Nədir o? Suala sualla cavab verənlər dünyasında mənzərənin özü susmağı haqq edir. Zatən, susmağın əzabını yaşayanların dünyasınaxoş gəldin!”, insan! Həyata, dünyaya, haqq etdiyinə heç xoş görünmədin...

İrəliyə, inkişafa, adı gələcək adlanan hansısa bir anlayışa bəslənən ümidlər sonunda deyil, elə yerindəcə ölməyə layiqdir. Gələcəyə hazırlanan zəmin yoxsa, boşuna bəslənən, gözlənən ümidin təsəllisini vermək çox lüzumsuz...

İrəliyə atılan addımlarla da geriyə düşmək olarmış...

O geridə qalanların dünyasına bugünün geridəqalmışlarının prizmasından baxaq. qədər inkişaf etsə , irəliyə atladığını zənn etsə , bir o qədər aşınanları, hər mənada çaşanları deyirəm. Mənəvi zənginliyi maddiyyatın qüdrətinə qurban verənlərin amansız qəhqəhəsində o varidat   ən az, ən adi, minimalqiymətli kağızqədər dəyərləndirilmədisə... Bu, çağrılmış bayatıdır, əlbəttə.

Məhz mənəvi zənginliyin hesabına bugünədək qərar tutmuş, var olmuş dünyamızda indi ona əks arqumentlər gətirənlərat oynadırsa, əcəba, sabahı kimin ümidinə qoyub, buraxıb gedək?

Getməyə yol həmişə var, mahiyyətində hər olsa da. Bəs o yolu tutub gedənlərin hansının sırasında olmaq, kimin sayını artırmaq, hansı yolda qalmaq?

Sual budur, bu”! Cavabı naməlum qalanların, bəlli olmayanların sırasında olmaq istəyənlər çoxmudur, yoxsa yox? Susanların məmləkətindəkilərin az qala eyni simada, sifətdəvar olması, haqsızlıqladinc-yanaşıyaşamasını arzulayanlar bəs?

...Ailə institutlarının olmadığı, yaranmadığı, yaranacağına şüb-həylə yanaşılan məmləkətdə sabaha dəyərsizlər, mənəviyyatsızlar hazırlanır. Ki, bugünündəyərini gələcəyə daşısın.

Yükünüz yüngül olsun!

Şərhisə susanların məmləkətində qiymətliləri hər gün azalanlara, əks arqumenti hazır günbəgün çoxalanlara buraxaq...

Nigar

0.030194997787476