ABŞ-da çinlilərə yeni qadağalara dair qanun layihəsi imzalandı

ABŞ-da çinlilərə yeni qadağalara dair qanun layihəsi imzalandı
 

ABŞ Respublikaçılar Partiyasından 2024-cü il prezident seçkilərində namizədliyini açıqlaması gözlənilən Florida qubernatoru Ron DeSantis imzaladığı qanun layihəsi ilə diqqət çəkib.

Paralel.az xarici kİV-ə istinadla xəbər verir ki, DeSantis Çin Kommunist Partiyasının (ÇKP) "casusluq və milli təhlükəsizliyə təhdid" yaratdığı bəzi fəaliyyətlərinə qarşı bir sıra qanun layihələri imzalayıb.

Qubernator ABŞ vətəndaşları və ya daimi sakinlər olmadıqca çinlilərin və Çin kommunist partiyası ilə əlaqəli şəxs və qurumların Floridada əkinçilik torpaqları almasını qadağan edən qanun layihəsini qəbul edib.

Çinlilərin ABŞ-da əkin sahələri almaq istədiklərini iddia edən DeSantis, "qida təhlükəsizliyi milli təhlükəsizlikdir" söyləyib.

Qanun layihəsi həmçinin çinlilərin Floridadakı Amerika hərbi obyektlərinə yaxın ərazilərdən müəyyən ölçüdə torpaq almasına mane olur. Qanuna əsasən, Rusiya, Kuba, İran, Suriya və Venesuela vətəndaşlarına da hərbi bazaların yaxınlığında əmlak alması qadağan edilib.

“TikTok”un hökumət və təhsil müəssisələrində istifadəsini qadağan edən qanun layihəsi təsdiqlənib

DeSantis həmçinin universitetlərin və məktəblərin dövlət təhsil şurasının təsdiqi olmadan xarici təhsil müəssisəsindən qrant qəbul etməyi qadağan edən qanun layihəsini də imzalayıb. Beləliklə Çin təşkilatlarının əyalət təhsil müəssisələrində təsirinin qarşısının alınması hədəflənib.

Səfurə

 

0.020387887954712