Pirəhmədli, Dövlətyarlı və Dədəlinin tikintisinə nə zaman başlanılacaq? - Qalib Toğrul 

Pirəhmədli, Dövlətyarlı və Dədəlinin tikintisinə nə zaman başlanılacaq? - Qalib Toğrul 
 

Füzulinin bərpası necə gedir: Pirəhmədli, Dövlətyarlı və Dədəlinin tikintisinə nə zaman başlanılacaq?

Füzuli rayonunun bərpası ilə bağlı mənə verilən sualların bəzilərinin cavablarını buradan yazıram.

Sual 1. Bir neçə gün öncə, mayın 5-də Prezident tərəfindən təməli qoyulan Priəhmədli və Dədəli kəndlərinin tikintisinə nə zaman başlanılavcaq?
Cavab: Pirəhmədli və Dədəli kəndlərinin şəhərsalma əsaslandırılması artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunub. Hər iki kəndin tikintisinə bu ilin oktyabrında başlanılması planlaşdırılır. Pirəhmədliyə Musabəyli və Mandılı kəndləri, Dədəliyə isə İşıqlı kəndi birləşdiriləcək.

Sual 2. Füzulinin ilk ağıllı kəndi - Dövlətyarlının tikintisinə nə zaman başlanılacaq?
Cavab: 17 oktyabr 2021-ci ildə Prezident tərəfindən təməli qoyulmuş Dövlətyarlının tikintisinə təxminən 2 ildən sonra bu ilin avqustunda başlanılması planlaşdırılır. Kəndə Qıyıqçı, Zərgər və Qaraməmmədli kəndləri birləşdiriləcək.

Sual 3. Yaxın dövrdə Füzilidə daha hansı yaşayış məntəqələrinin tikintisi planlaşdırılır?
Cavab: 2023-cü ildə Füzuli rayonunda daha 7 kəndin – Qarğabazar (Sərdarlı, Yal Pirəhmədli), Cuvarlı (Xələfşə, Çimən), Qoçəhmədli (Arış, Xatınbulaq, Mollavəli), Qarakollu (Gorazıllı, Qaradağlı, Yuxarı Rəfədinli, Aşağı Güzlək, Aşağı Rəfədinli, Yuxarı Güzlək, Saracıq), Qaraxanbəyli (Merdinli), Horadiz (Hüngütlü, Dördçinar) və Mirzəcamallı (Ələsgərli, Hüseynbəyli, Seyidmahmudlu) kəndlərinin layihələndirilməsi nəzərdə tutulur. Bu kəndlərin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
Rəsmi məlumata görə, hazırda Füzulidə 24 binada tikinti işləri başlayıb, 14 bina isə tender mərhələsindədir. Şəkərcik, Yuxarı Aybasanlı və Şıxlı kəndləri Füzuli şəhərinə birləşdiriləcək.

Qeyd 1. Mötərizədəki kəndlər ləğv olunaraq digərlərinə birləşdirilən yaşayış məntəqələridir.
Qeyd 2. Şəkildəki Füzuli şəhərinin özü deyil, maketidir.

0.028423070907593