Kremldə snayperlər diqqət çəkdi: "Dəhşət, Putin necə qorxurmuş..." - FOTO

Kremldə snayperlər diqqət çəkdi: "Dəhşət, Putin necə qorxurmuş..." - FOTO
 

Rusiyada 9 May Qələbə Günü münasibətilə baş tutan paradda snayperlər diqqət çəkib.

Paralel.az xəbər verir ki, ruslar onların görüntülərini paylaşaraq təhlükəsizliyə nəzarət etdiklərini bildirib.

Sosial medianın Rusiya seqmentində bunun geniş tədbir üçün adi bir hal olduğunu yazanlar olsa da, snayperlərin nümayişkaranə görünməsini başqa səmtə yozanlar da olub.

Belə ki, bəzi sosial media istifadəçiləri "onlar dron gözləyir", "dəhşət, baba (Putin) necə də qorxurmuş...", "həmişə olub, amma bu dəfə görsənirlər" rəylərini bildirənlər və buna gülüş smayliki göndərənlər olub.

0.041938781738281