"Xınalıq" və Köç yolu"nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq - Azadə Hüseynova

 

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova: Bu ilin sentyabr ayında "Xınalıq" və Köç yolu"nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq. Xınalıq mədəni landşaftı və Köç yolu adlı nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Artıq UNESCO-nun Ümumdünya İrs Siyahına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib və qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq bu ilin sentyabr ayında Komitənin iclasında müzakirəyə çıxarılacaq.

Şahnaz, "Paralel.az"

0.020925998687744