Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının növbəti hoqqabazlığı

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının növbəti hoqqabazlığı
 

İşgəncəgörən 1-ci dərəcəli Qarabağ qazisi “şübhəli şəxs” kimi “məhkəmə şousu”na çağırılır

1-ci dərəcəli Qarabağ əlilinin evindən 3 maşın polisin zoru ilə Nizami RPİ-nin 24-cü Polis Şöbəsində qollarının arxadan qandallanıb işgəncəyə uğradılmasında , 9 qabırğasının sındırılmasında, tibbi yardıma da qadağa qoyub , iki sutkayaralı durumda istintaq -işgəncə kamerasında həbs edilməsində insan hüquqları üzrə müvəkkil  (ombudsman ) cinayət tərkibinin olmadığını prokurorluğa istinadla bildirir. Bəs prokurorluq, bəs məhkəmə? İnandırıcı deyil, amma prokurorluq və məhkəmə cinayəti nəinki ört-basdır edir,  həm də cinayəti açıq şəkildə müdafiə edirlər.

Nizami rayon prokuroru Pərviz İbayev insanın qanunsuz olaraq azadlıqdan məhrum edildiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 209.2.7 maddəsinə əsasən anında cinayət işi başlamalı olduğu halda , məhkəmənin qərarı olmadan həbsdə saxlanılan 1-ci dərəcəli Qarabağ əlilinin evində axtarış aparılmasına müstəntiq QalibKərimlinin vəsatəti əsasında təqdimat yazıb. (?) İnanmırsınızsa, Nizami məhkəməsinin hakimi NigarQədirlinin adından dələduz icra məmurlarının 05.09.2022-ci il tarixinə 14.10.2022-ci ildə tərtib etdiyi 5 (007)-422 /2022 saylı qərara baxa bilərsiniz. Qərarın ikinci abzasında yazılıb : “...03.09.2022-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 -ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur , HAL -HAZIRDA NİZAMİ RPİ-NİN MSY-DƏ (MÜVƏQQƏTİ SAXLAMA YERİNDƏ) SAXLANILIR”. İstənilən prokuror, istənilən məhkəmə CM-in  320.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulma” absurdluğunu , özbaşınalığını bir qırağa qoyaq, MƏHKƏMƏ QƏRARI OLMADAN HƏBSDƏ SAXLANILMANI BİLƏN KİMİ CİNAYƏT PROSESSUAL MƏCƏLLƏNİN 209.2.7 MADDƏSİNƏ UYĞUN ANINDA CİNAYƏT İŞİ BAŞLAMALI DEYİLMİ? Yox, bizim məhkəmə hüquq sisteminin yazılmamış qanunları var axı! Hakim Nigar Qədirli Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə istinad edib. Görün, necə: “ CİNAYƏT PROSESSUAL QANUNVERİCİLİYİNDƏ NƏZƏRDƏ TUTULMUŞDUR Kİ, (ŞƏXSİ MƏHKƏMƏ QƏRARI OLMADAN HƏBSDƏ SAXLAYIB) , YAŞADIĞI ÜNVANDA BAXIŞ,  AXTARIŞ VƏ GÖTÜRMƏ İSTİNTAQ HƏRƏKƏTİ APARILMASI ZƏRURİDİR.

05.09.2022-ci il tarixli bu geydirmə qərardan , verildiyi 14.10.2022-ci ildə apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 8 aydır şikayətin məhkəməyə daxil olmadığını bildirib, cinayəti ört-basdır etməklə məşğuldu. Axırı, 05.05.2023-cü ildə hakim İlqar Murquzov 1-ci dərəcəli Qarabağ əlilini “şübhəli şəxs” kimi məhkəmə -məzhəkə şousuna çağırıb. Gerçəkdə bu çağırış  eldə deyildiyi kimi, toydan sonra nağara yetkisi bağışlayır . 3 günə baxılmalı olan işə evin quldurluqla yağmalanmasından 8 ay sonra baxılmasından nəsə gözləməyə dəyər? Hələ bir “toydan sonra nağara” şousuna “şübhəli şəxs” qismində çağırılmağa baxın. Bəyəm məhkəmə bilmir ki, 8 ay “şübhəli şəxs” statusuna məhkum edilmək CPM-də nəzərdə tutulmur?Bir də onsuz da qərarın qüvvədə saxlanılacağı CPM -ə uyğun(suz) olacaq .

Azərbaycan reallığı : polis əlili, qocanı, uşağı, qadını, xanımı“şübhəli şəxs” kimi oğurlayıb işgəncə verib qoluqandallı həbs edir , prokuror evində axtarışa təqdimat verir, məhkəmə də təqdimatı təmin edir. “Şübhəli şəxs”in nə müdafiə hüququ var, nə də şikayət hüququ..Yalnız işgəncə görmək, qeyri – prosessual məcburiyyət tədbirinə uğramaq “hüququ” saxlanılır. .

P. S. 8 aydan sonra da olsa, Bakı Apellyasiya Məhkəməsi işi “tapdı”. Nizami prokuroru Pərviz İbayevin 06.10.2022-ci il tarixli cinayət işinin başlanmasından imtina barədə qərarını isə 7 aydır Baş prokuror Kamran Əliyev, Bakı şəhər prokuroru Elşən Abbasov , Ombudsman “tapa bilmir”. Dövlət hesabına vəkil də yoxdur ki, “tapıntı sorğusu” versin. 

Məğrur Bədəlsoy

0.13197302818298