Həftənin sonuncu “Açıq mikrofon” aksiyası Naftalan şəhərində baş tutdu
SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftəlik işini Naftalanda yekunlaşdırıb.
"Paralel.az" xəbər verir ki, sanatoriya şəhərinin sakinləri üçün qurulan aksiyada müxtəlifyönümlü müraciətlər ünvanlanıb. Müraciətlərə gəlincə, bunlar debitor borcun ödənilməsində köməkliyin göstərilməsi, qaz sayğacının yenisi ilə əvəz edilməsi və fərdi yaşayış evinin qazlaşdırılmasından ibarət olub. Gəncə RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.
Ş.Salehqızı