Putinlə Maduro arasında telefon danışığı olub

Putinlə Maduro arasında telefon danışığı olub
 

Rusiya Prezidenti Vladimir Putinlə Venesuela prezidenti Nikolas Maduro arasında telefon danışığı olub.

Paralel.az xəbər verir ki, Venesuela tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Nikolas Maduro Ukraynanın Kreml ərazisinə pilotsuz uçuş aparatları ilə zərbələr endirmək cəhdini kəskin şəkildə pisləyib, Venesuela xalqı adından Rusiyaya həmrəylik və dəstək hisslərini ifadə edib.

Telefon danışığı zamanı Rusiya-Venesuela strateji tərəfdaşlığının gələcək inkişafının aktual məsələləri, o cümlədən ticarət-iqtisadi, enerji və humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsi də müzakirə olunub.

Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.

0.014549970626831