Goranboy rayon sakinlərinin qaz təchizatı ilə bağlı müraciətləri "Açıq mikrofon"da
Goranboy rayonunda təşkil olunan "Səyyar qəbul otağı"nda Gəncə RQİİ-nin baş mühəndisi çıxış edərək aksiyanı açıq elan edib. Qurum rəsmisi görüşdə səsləndiriləcək problem, təklif və istəklərin Birliyin səlahiyyətləri çərçivəsində həll olunacağını bildirib.
"Paralel.az" xəbər verir ki, daha sonra mikrofon aksiyaya qatılan 7 sakinin ixtiyarına verilib. Müraciətlərdən biri şəhid bulağının inşası üçün qaz xəttinin yerinin dəyişdirilməsi, 2-si fərdi yaşayış evinin qazlaşdırılması, daha 1-i sayğacın yerinin dəyişdirilməsi və digərləri isə debitor borcun araşdırılmasından ibarət olub. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.
Şahnaz