Dollar ucuzlaşdı

Dollar ucuzlaşdı
 

ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərt pul siyasətinə fasilə verilə biləcəyi ilə bağlı siqnalları dolları əksər əsas valyutalara qarşı ucuzlaşdırıb.

Paralel.az xəbər verir ki, Britaniya funt sterlinqi 0,2% artaraq təqribən 11 ayın ən yüksək səviyyəsinə - 1,25905 dollara, avro isə 0,19% artaraq 1,1082 dollara yüksələrək son bir ilin pik həddinə çatdı.

ABŞ dolları indeksi əvvəlki sessiyada 0,6%-dən çox dəyər itirdikdən sonra 0,14% də ucuzlaşaraq 101,09 səviyyəsində qərarlaşdı.

Yapon yeni ABŞ dollarına nisbətdə təqribən 0,1% bahalaşaraq 134,56 səviyyəsinə yüksəldi.

Riskə həssas olan Avstraliya və Yeni Zelandiya dollarları isə 0,3% dəyər qazanaraq müvafiq olaraq 0,6692 və 0,6249 dollara çatdı.

Hazırda bazar iştirakşçıları FED-in iyunda faiz dərəcələrini azaltmağa başlayacağı ehtimalını 10% olaraq dəyərləndirir.

Qeyd edək ki, çərşənbə günü FED uçot dərəcəsini gözlənildiyi kimi 0,25% artıraraq 5-5,25%-ə yüksəltdi. 

Könül
Paralel.az

0.012485027313232